İsrail Müdafiə Ordusu (SAXAL) Livanda atəşkəs razılaşmasının pozulduğunu bəyan edərək, buna görə “Hizbullah” hərəkatını ittiham edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hizbullah” döyüşçüləri Livanın cənubunda, ön xəttin cənub istiqamətində SAXAL əsgərlərinə doğru uçuş aparatı buraxıb. Bu hadisə atəşkəs razılaşmasının pozulması hesab olunur.”
Bildirilib ki, sözügedən uçuş aparatı İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib və İsrail ərazisinə daxil olmayıb.

