Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə kütləvi zərbələr endirməyə başladığı bildirilir.
Bu barədə “Operasiya Z: Russkaya Vesnanın hərbi müxbirləri” “Maks” platformasında məlumat yayıb.
Hərbi müxbirlərin məlumatına görə, strateji bombardmançılar X-101 raketləri ilə zərbələr endirib. Raketlərin Ukraynanın hava məkanına təxminən Moskva vaxtı ilə saat 02:00-da daxil olduğu iddia edilir.
Bundan başqa, Rusiya donanmasının Ukraynadakı hədəflərə “Kalibr” qanadlı raketləri buraxdığı da bildirilir.

