ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ qüvvələri İran Hərbi Dəniz Qüvvələrinə məxsus 50-dən çox gəmini məhv edib və ya zədələyib.
Məlumata görə, əməliyyatın ilk 10 günü ərzində ABŞ Silahlı Qüvvələri İrana məxsus təxminən 5 min hədəfə zərbə endirib.
Bildirilib ki, əməliyyat zamanı taktiki aviasiya, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri ilə yanaşı, strateji bombardmançı təyyarələr də istifadə olunub.
Xüsusilə B-2A, B-52H və B-1B tipli bombardmançılar İranın ballistik raketlərin saxlanılması və istehsalı üçün nəzərdə tutulmuş ən güclü qorunan obyektlərinə zərbələr endirib.

