İranın cənubunda yerləşən Künarək şəhərində hərbi-dəniz qüvvələrinə məxsus əraziyə hava hücumu olub.
Bu barədə İranın rəsmi IRNA xəbər agentliyi məlumat yayıb.
Künarək rayonunun rəhbəri Məhəmməd Yunus Həqqani şəhərə edilən hücumlarla bağlı açıqlama verib. Onun sözlərinə görə, İran Ordusunun Hərbi-Dəniz Qüvvələrinə aid ərazidə iki partlayış baş verib.
Həqqani bildirib ki, əraziyə döyüş təyyarələri tərəfindən hücum həyata keçirilib. Hücum nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.
O, hücumun hansı ölkəyə məxsus döyüş təyyarələri tərəfindən həyata keçirildiyi barədə məlumat verməyib.

