ABŞ müdafiə naziri İran Hərbi Dəniz Qüvvələrinə ağır zərbələr endirildiyini açıqlayıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ hərbi əməliyyatı zamanı İranın Hərbi Dəniz Qüvvələrinin “elit bölmələri” məhv edilib.
O, Floridada keçirilən mətbuat konfransında qeyd edib ki, hücum ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin rəhbərliyi ilə həyata keçirilib. Tədbirin yayımı YouTube platformasında aparılıb.
“Cəmi bir neçə gün ərzində ‘Epik Qəzəb’ əməliyyatı çərçivəsində siz və komandanız yüksək dəqiqlikli dağıdıcı zərbələr endirərək İran Hərbi Dəniz Qüvvələrinin ən güclü hissəsini məhv etdiniz”, — deyə Pit Heqset bildirib.

