ABŞ Hərbi Hava Qüvvələrinin İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 35 iranlı həlak olub.
Bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur bildirib.
Tasnim agentliyinin məlumatına görə, Kermanpur deyib ki, saat 00:00-a olan məlumata əsasən, hava hücumları nəticəsində 35 dinc sakin həyatını itirib.
Nazirlik rəsmisi ölənlərin sayının arta biləcəyini istisna etməyib.

