srail ordusu atəşkəsə baxmayaraq, Livana hücumlarını getdikcə intensivləşdirir.
Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində 15 nəfər həlak olub.
Bildirilib ki, İsrailin 2 martda başladığı hücumlardan bu yana ölənlərin sayı 3 711 nəfərə, yaralananların sayı isə 11 483 nəfərə çatıb.
Livan Milli Xəbər Agentliyinin NNA məlumatına görə, İsrail bu gün Livanın cənubundakı Sur şəhərində xəstəxana yaxınlığında yerləşən yaşayış binasını hədəfə alıb.
Hücum nəticəsində 1 nəfər ölüb, 10-u xəstəxana əməkdaşı olmaqla 17 nəfər yaralanıb.
Zərbə nəticəsində xəstəxananın təcili yardım şöbəsinə və pasiyent otaqlarına da ziyan dəydiyi bildirilib.

