Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ “Patriot” sistemləri üçün malik olduğu raket ehtiyatının 5 faizini Ukraynaya təqdim edərsə, ölkə qış mövsümünü keçirə bilər.
Zelenski CNN-ə müsahibəsində Kiyevin raketlərin qarşısını alan vasitələrə ciddi ehtiyac duyduğunu və hazırda onların kritik dərəcədə çatışmadığını bildirib. Onun sözlərinə görə, Ukraynanın əlində hazırda ABŞ-nin ümumi raket ehtiyatının 1 faizinə bərabər miqdarda raket var.
Zelenski hesab edir ki, ABŞ ehtiyatlarının 10 faizini sata bilsə, Ukrayna hərbçiləri bütün ballistik raketləri vura bilər. CNN-in daha əvvəlki materiallarında da Zelenskinin Rusiyanın ballistik raketlərinə qarşı müdafiəni əsas prioritetlərdən biri kimi göstərdiyi qeyd olunur.
“Bir neçə ayım və milyonlarla telefon danışığım var... Nəyisə raketlərlə dəyişməyə çalışıram. Hətta bölüşə bilməyəcəyim bəzi işlər görürəm. Bu, onların qanunsuz olduğu demək deyil. Sadəcə, bu barədə danışa bilmərəm”, – Zelenski əlavə edib.

