ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda görüş başlayıb.
Ağ Evin məlumatına görə, danışıqlar yerli vaxtla saat 09:47-də, Bakı vaxtı ilə 17:47-də başlayıb.
Ukrayna lideri Oval kabinetin yerləşdiyi Ağ Evin Qərb qanadına əsas mərasim girişindən deyil, yan girişdən daxil olub.
Ukrayna tərəfinin “Reuters”ə verdiyi məlumata görə, danışıqların əsas məqsədlərindən biri “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-ələkeçiricilərin tədarükünə ABŞ-nin razılığını almaqdır.
Liderlərin Trampın NATO sammitində verdiyi vədə — Ukraynaya həmin raket-ələkeçiriciləri istehsal etmək üçün lisenziya verilməsinə də toxunacağı gözlənilir.
Zelenski həmçinin ABŞ ilə pilotsuz uçuş aparatlarına dair sazişin tamamlanması məsələsini qaldırmaq və Vaşinqtondan hava hücumundan müdafiə sistemləri üçün sursatların mümkün qədər tez çatdırılmasını istəmək niyyətindədir.

