ABŞ İranın Larak adasındakı raket qurğularına zərbələr endirib.
“Al Jazeera” telekanalının məlumatına görə, ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, hücum nəticəsində iki raket qurğusu vurulub.
Amerika rəsmisinin sözlərinə görə, həmin qurğular Hörmüz boğazı istiqamətində dəniz minaları daşıyan raketlərin buraxılışına hazırlanırdı.
İranın “Tasnim” agentliyi isə ABŞ pilotsuz uçuş aparatlarının Larak adasına hücumu nəticəsində azı iki nəfərin öldüyünü, daha iki nəfərin yaralandığını bildirib.

