İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Bu barədə ISNA agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, SEPAH həmçinin ABŞ-ın İranın Keşm adasındakı hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq region ölkələrindən birində yerləşən Amerika bazasını da hədəfə alıb.
SEPAH ABŞ-la əlaqəli olduğu bildirilən bir gəmiyə də hücum edildiyini açıqlayıb. Qurumun məlumatına görə, bu zərbə Hörmüz boğazı yaxınlığında İran neft tankerinə edilən hücuma cavab olaraq həyata keçirilib.

