Yəməndə 2014-cü ildən davam edən vətəndaş müharibəsində yenidən gərginlik artıb.
Yəmən ordusunun məlumatına görə, hökumət qüvvələri Taiz şəhərinin qərbində yerləşən Cəbəl Həbşi rayonundakı strateji Təbə əl-Həzzan mövqeyini husilərdən geri alıb.
Bildirilib ki, Maqbənə və Əl-Kədha cəbhələrində döyüşlər şiddətlənib, bölgəyə əlavə hərbi qüvvələr göndərilib.
Hökumət qüvvələri həmçinin husilərə məxsus pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyini açıqlayıb.
Son hadisələr Yəməndə uzun müddətdir davam edən silahlı qarşıdurmanın yenidən kəskinləşdiyini göstərir.
Denmedia.az

