Yəməndə “Ənsar Allah” hərəkatının husiləri ölkənin şimal-şərqində hökumət qüvvələrinə məxsus hərbi obyektlərə ballistik raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
RİA Novosti-yə danışan Yəmən hərbi mənbəsinin sözlərinə görə, husilər Marib şəhərində beynəlxalq səviyyədə tanınan hökumətin ordusuna məxsus kazarmaları hədəfə alıblar.
Mənbə bildirib ki, eyni zamanda ölkənin qərb sahilində yerləşən Moha şəhərində Yəmən ordusunun mövqelərinə üç ballistik raket buraxılıb.
Hücumların nəticələri və mümkün itkilərlə bağlı hələlik əlavə məlumat verilməyib.

