Küveyt Silahlı Qüvvələri ölkənin İran tərəfindən yeni pilotsuz uçuş aparatı hücumlarına məruz qaldığını açıqlayıb.
Bildirilib ki, hücumlar ABŞ-nin İrana endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.
Küveyt ordusunun məlumatına görə, ölkə ərazisində eşidilən partlayış səsləri pilotsuz uçuş aparatlarının havada məhv edilməsi ilə əlaqədardır.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Küveytdə yerləşən ABŞ-nin Əli əl-Salim hərbi bazasındakı erkən xəbərdarlıq sistemlərini və peyk rabitəsi mərkəzini məhv etdiyini iddia etmişdi.
Hücumların mümkün nəticələri və zərərçəkənlərin olub-olmaması barədə əlavə məlumat verilməyib.

