Pakistan və Əfqanıstan qüvvələri arasında sərhəddə silahlı toqquşma baş verib.
Atışma Əfqanıstanın Paktiya vilayətinin Dand-Patan rayonunda, Durand xətti yaxınlığında qeydə alınıb. Kabul Durand xəttini iki ölkə arasında rəsmi dövlət sərhədi kimi tanımır.
Əfqanıstan Silahlı Qüvvələrinin 203-cü “Mənsuri” ordu korpusunun nümayəndəsi Əbdül Haq Fidanın sözlərinə görə, atəşi ilk olaraq Pakistan qüvvələri açıb. Bu məlumat Əfqanıstan tərəfinin açıqlamasıdır və Pakistan tərəfindən hələ təsdiqlənməyib.
Qarşılıqlı atışmadan sonra ərazidə vəziyyətin normallaşdığı bildirilir.

