2 aprel cümə axşamı axşam saatlarında Kabulun rəsmi sərhəd kimi tanımadığı Dyurand xətti boyunca Əfqanıstan və Pakistan hərbçiləri arasında aktiv döyüş toqquşmaları yenidən başlayıb. Bu barədə “Seda-e Əfqan” Telegram kanalı məlumat yayıb. Atışmalar 3 aprel cümə günü səhər saatlarında da davam edib. “Əfqanıstan İslam Əmirliyi qüvvələri Pakistan hərbçilərinin artilleriya atəşinə cavab olaraq Xost və Paktiya vilayətlərindən Dyurand xətti boyunca onların mövqelərinə zərbələr endirib.” Kanalın məlumatına görə, hücumlar nəticəsində Pakistana məxsus bir neçə blokpost məhv edilib, həmçinin qarşı tərəfin canlı qüvvəsi arasında itkilər var. Ən azı 3 pakistanlı hərbçinin öldürüldüyü bildirilir.
Sərhəddə toqquşmalar səngimir: Əfqanıstan və Pakistan arasında döyüşlər başladı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

