Əfqanıstan sərhədi yaxınlığında militantların hücumu nəticəsində azı 11 Pakistan hərbçisi həlak olub.
DenMedia.az xəbər verir ki, bu barədə Pakistan təhlükəsizlik qüvvələrinin nümayəndələri məlumat verib.
Ölənlər arasında 9 əsgər və Pakistanın yarıhərbi qüvvələrinə məxsus 2 zabit var.
Məlumata görə, hərbçilər yaraqlıların təşkil etdiyi pusquya düşüblər.
Bunun ardınca “Taliban” hərəkatının rəhbərlik etdiyi Əfqanıstan hökuməti Pakistanı hava məkanını pozmaqda ittiham edib.
Talibanın bəyanatında bildirilib ki, Pakistan Silahlı Qüvvələri Dürand xətti yaxınlığında yerləşən mülki bazara hava zərbəsi endirib.
Bu xətt təxminən 2,6 min kilometr uzunluğunda olan şərti sərhəddir.
Kabil hadisəni “qəti şəkildə pisləyib” və vurğulayıb ki, Əfqanıstanın ərazi bütövlüyünü qorumağa hazırdır.