Yəmənin şimalında hakim olan şiə hərbi-siyasi “Ənsar Allah” hərəkatı (husilər) Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətində iki rayona nəzarəti ələ keçirdiyini açıqlayıb.
Bu barədə Denmedia.az Al-Masirah-a istinadən xəbər verir.
Husilər həmçinin Prezident Rəhbərlik Şurasının rəhbəri Rəşad əl-Aliminin keçmiş yaşayış yerini ələ keçiriblər.
Onlar Taiz əyalətinin Əl-Maafir və Əl-Mavasit rayonlarında qarşı tərəfin qüvvələrini ərazidən çıxardıqlarını bildiriblər.

