Pakistanla Əfqanıstan arasında gərginlik yenidən artıb. İki ölkənin təhlükəsizlik qüvvələri arasında sərhəddə şiddətli toqquşmalar baş verib.
Məlumata görə, döyüşlər Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyaləti ilə Əfqanıstan sərhədində qeydə alınıb.
Pakistan ordusu artilleriya dəstəyi ilə Əfqanıstan qüvvələrinin mövqelərini hədəfə alıb. Əfqanıstan tərəfi isə hücumlara cavab verib.
Toqquşmalar zamanı Pakistana keçməyə çalışan “Pakistan Talibanı” hərəkatının bəzi silahlı üzvlərinin öldürüldüyü iddia edilir.
Hadisə iki qonşu ölkə arasında onsuz da gərgin olan münasibətləri yenidən gündəmə gətirib.

