Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını hərbi hədəf elan ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səri sosial şəbəkə hesabında məlumat yayıb.
O, aviaşirkətləri, hava limanının əməkdaşlarını və sərnişinləri aeroportdan istifadə etməməyə çağırıb.
“Husilərin silahlı qüvvələri bütün aviaşirkətlərə, əməkdaşlara və sərnişinlərə xəbərdarlıq edir ki, Ər-Riyaddakı Kral Xalid Hava Limanından istifadə etməsinlər. Çünki bu hava limanı təhlükəsiz deyil və qüvvələrimizin hərbi hədəfidir”, – deyə Səri bildirib.
Husilərin nümayəndəsi hava limanına hücumları davam etdirmək niyyətində olduqlarını vurğulayıb.
O, aeroportun bundan sonra da təhlükəsiz olmayacağını iddia edib və fəaliyyətinin davam etdirilməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub.

