Yəməndə husilər Səudiyyə Ərəbistanı ordusunun Səna Beynəlxalq Hava Limanına zərbələr endirdiyini açıqlayıblar.
Associated Press-in məlumatına görə, husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanının bu addımı gərginliyin azaldılması mərhələsinə son qoyub.
“Bu təcavüz cavabsız qalmayacaq”, — deyə o vurğulayıb.
Agentlik qeyd edir ki, hazırda Səna hava limanı və ona yaxın ərazilərdən insanların təxliyəsi aparılır.
AP-nin yazdığına görə, Səudiyyə Ərəbistanı ilə Yəmən husiləri arasında gərginlik son günlər ABŞ və İran arasında müşahidə olunan eskalasiya fonunda artıb.

