Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarına start verilib.
“Den.az” xəbər verir ki, günün ilk matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Araz-Naxçıvan”ı qəbul edib.
İlk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cavab matçında darmadağına sevinib - 3:0.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası finala yüksəlib. İkinci finalçı “Sabah” – “Neftçi” görüşündə müəyyənləşəcək. Bu komandaların ilk oyununda isə “Sabah” qalib gəlib.
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel
17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77