mar
2024
23:44
198

Ümidlər Leverkuzenə qaldı... - “Qarabağ” - “Bayer” matçında 4 qol

7 mar, 2024
23:44
198

Ümidlər Leverkuzenə qaldı... - “Qarabağ” - “Bayer” matçında 4 qol


Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

“Den.az"
xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək.

Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.
Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunu
7 mart
21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Benua Bastien (Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov,  29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov,  N.Axundzadə, 
“Bayer”: 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlozek
Ehtiyat oyunçular: Hradeski, Lomb, Stanişiç, Hofmann, Vits, Şik, Hincapye, Hlozek, Palasios, Frimpoq, Puerta, Caka
***
Matç başladı.
***
26-cı dəqiqədə Yassin Benzia hesabı açdı - 1:0.
******
71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldır. Vits adını tabloya yazdırır - 2:1.
***
Almanlar 90+2-ci dəqiqədə hesabı bərabərləşdirir - 2:2. Bu dəfə Şik fərqlənir.
***
Oyun 2:2 hesabı ilə başa çatdı. Komandalar arasında cavab matçında 1 həftə sonra Leverkuzendə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar