“Real Madrid” Vinisiusla yeni müqavilə üçün razılığa gəlib.
Den.az xəbər verir ki, yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. AS-da dərc edilən xəbərə görə, ulduz oyunçu illik 20 milyon avro qazanacaq. Hazırki müqaviləsində o, ildə 15 milyon avro qazanır. Bildirilir ki, futbolçu “Real”da qalmaq üçün Səudiyyə Ərəbistanı klubunun 1 milyard avroluq təklifini rədd edib. Bu, Vinisiusun “Real”la üçüncü müqaviləsidir.
Vinisius, bu mövsüm "Real Madrid"in heyətində 49 oyunda çıxıb, 20 qol və 14 məhsuldar ötürmə ilə çıxış edib. Vinisius 2018-ci ildən “Real Madrid”də oynayır və klubla ümumilikdə 14 kubok qazanıb.