“Real Madrid”də oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Güler haqqında yeni iddia ortaya atılıb.
Den.az xəbər verir ki, Ardanın baş məşqçi Karlo Ançelottinin planları arasında yer almadığı iddia edilib. İspaniya mətbuatında dərc edilən xəbərə görə, Ançelotti Arda Güleri komandada son alternativ hesab edir. Bildirilir ki, ötən mövsüm futbolçuya daha çox şans verən italiyalı çalışdırıcı bu mövsüm əksinə münasibət sərgiləyir. Ançelottinin belə davranış sərgilməsində komandanın uğursuz oyun sərgilməsi də rol oynayır. Məlumata görə, “Real” Ardanın əvəzinə Niko Pazı heyətə qaytarmaq istəyir. “Komo”da çıxış edən futbolçunun “Real Madrid”ə qayıda biləcəyi irəli sürülüb. “Komo” forması ilə uğurlu çıxış edən futbolçunun müqaviləsində onun “Real Madrid”ə qayıtmasını asanlaşdıracaq bənd var.
Niko Paz İtaliya A Seriyasının “Komo” komandasının heyətində 11 matçda 799 dəqiqə meydanda olub. Argentinalı futbolçu bu matçlarda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ardanın yerinə bu futbolçu alınır - "Real" macərası kabus oldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.