“Real Madrid” Arda Güler üçün gələcək təklifləri dəyərləndirməyəcək.
Den.az xəbər verir ki, “Real” Ardanı klubda saxlamaq istəyir. “Marca” qəzeti “Real Madrid”in “Leqanes”lə son matçında ilk 11-də forma geyinən və 75 dəqiqəlik performansı bəyənilən Arda ilə bağlı məlumat dərc edib. Məqalədə deyilir ki, “Leqanes” matçına qədər Ardaya çox oyun şansı verməyən baş məşqçi Karlo Ançelotti artıq fikrini dəyişib. O, Ardaya daha çox şans verəcək. “Real Madrid”in texniki heyətinin Ardanın bu mövsüm komanda üçün vacib oyunçu ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 13 matçda 382 dəqiqə meydanda olub. O, bir məhsuldar ötürmə verib.
Ançelotti fikrini dəyişdi, "Real" Arda ilə bağlı yekun qərarını verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.