Tanınmış Azərbaycan güləşçisi Hacı Əliyev, Paris-2024 Olimpiya Oyunlarından dərhal sonra karyerasını bitirərək Azərbaycan Güləş Federasiyasında yeni bir mərhələyə başlayacaq.
Den.az xəbər verir ki, bu barədə AGF məlumat paylaşıb.
Bildirilib ki, Azərbaycanın idman tarixində iz buraxmış Əliyev, qazandığı uğurlar və göstərdiyi yüksək performansla yaddaşlarda qalmışdır. İndi isə o, federasiyada sərbəst güləş üzrə koordinator vəzifəsini icra edəcək və bu sahədəki təcrübəsini gənc nəsillərlə bölüşəcək.
İki dəfə olimpiya mükafatçısı, üç dəfə dünya və dörd dəfə Avropa çempionu olan Hacı Əliyev, idman karyerasında əldə etdiyi bilik və bacarıqları ilə federasiyanın inkişafına töhfə verməyi planlaşdırır.
Onun bu yeni rolu, Azərbaycan güləşinin daha da inkişaf etməsinə və beynəlxalq arenada daha da mövqelənməsinə kömək edəcəkdir.