Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Den.az xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında ikən dünyasını dəyişib.
Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.
O, 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 - 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.