Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
Den.az bildirir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb.
Görüşdə H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub. Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.
***
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Den.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. H.Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Hacı Əliyev məğlub oldu - Paris - 2024

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.