Çinin Binçjou şəhərindəki fitnes mərkəzi üç ayda 50 kiloqram arıqlayan iştirakçıya Porsche Panamera avtomobili vəd edib.
DenMedia.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.
23 oktyabrda başlanan kampaniya qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb, lakin tibbi ekspertlər tərəfindən kəskin tənqid olunub.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu qədər sürətli arıqlama həyati təhlükə yaradır, çünki orqanizm piy deyil, əzələ kütləsini itirir.
“Bu cür ekstremal çəki itkisi hormonal pozğunluqlar və saç tökülməsi ilə nəticələnə bilər,” — deyə həkimlər bildiriblər.
Məlumata görə, yarış realdır və artıq 7–8 nəfər qeydiyyatdan keçib. Qaliblər 1 400 dollar ödəyərək qapalı təlim kompleksində qalacaq və qidalanma proqramına qoşulacaq.
Həkimlər hesab edir ki, sağlam arıqlama tempi həftədə təxminən 0,5 kiloqram olmalıdır — Porsche xəyalı isə bu normanı 30 dəfə aşır.

