Endokrinoloq Veronika Neudaxina "Lenta.ru"ya açıqlamasında bildirib ki, artıq çəkinin əsas səbəbi adətən yanlış qidalanma və hərəkətsizlik olsa da, bəzi hallarda hormonal pozğunluqlar, xüsusilə kortizol səviyyəsinin yüksəlməsi də rola sahib ola bilər.
“Xroniki yüksək kortizol yağ mübadiləsini pozur və piy yığılmasının bölgələrini dəyişdirir – üz, boyun, belin yuxarı hissəsi və qarın nahiyəsində piy toplanır”, – deyə həkim bildirib.
Bununla yanaşı, Neudaxina qeyd edib ki, bu tip hormonal pozğunluqlar nadir hallarda rast gəlinir və adətən böyrəküstü vəzilər və ya hipofiz şişləri nəticəsində yaranır.
Həkim həmçinin vurğulayıb ki, müalicə olunmayan hipotireoz (qalxanabənzər vəzin zəif fəaliyyəti) da çəki artımına ciddi təsir göstərir.
DenMedia.az