DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social-da süni intellektlə hazırlanmış bir video yayımlayıb. Kadrlarda o, Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ilə Ağ Evdə, Oval kabinetdə futbol oynayırmış kimi görünür.
Tramp hətta Ronaldonu belə tərif edib:
«Ronaldu — əla oğlandır. Onunla Ağ Evdə tanış olmaq çox xoş idi. Çox ağıllı və əladır».

