Ağ Evdə rəsmi şam yeməyinə qatılan ulduz futbolçu Kriştianu Ronaldo qonaqlarla selfi çəkib.
“Denmedia.az” xəbər verir ki, fotoda amerikalı milyarder, “Tesla”nın rəhbəri İlon Mask, FİFA prezidenti Canni İnfantino, Ronaldonun xanımı Corcina Rodrigez və başqa qonaqlar yer alıb.
Qeyd edək ki, şam yeməyi ABŞ Prezidenti Donald Tramp tərəfindən Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın şərəfinə təşkil olunub.


