Madridin “Real” klubunun futbolçuları Orelien Çuameni və Federiko Valverde məşq prosesi zamanı az qala dalaşıblar.
Bu barədə “Marca” nəşri yazıb.
Yayılan məlumata görə, oyun epizodlarından birində edilən fouldan sonra futbolçular bir-birini itələməyə başlayıblar. Paltardəyişmə otağında münasibətlərə aydınlıq gətirilməsi davam edib.
Komandada gərgin atmosferin hökm sürdüyü bildirilir. Bu vəziyyət İspaniya çempionatında “Barselona” ilə keçiriləcək oyun öncəsi daha da kəskinləşib. Həmin qarşılaşma Kataloniya təmsilçisi üçün çempionluq matçı ola bilər.

