“Real Madrid”in futbolçusu Arda Gülerin klubda xoşbəxt olmadığı irəli sürülür.
Den.az xəbər verir ki, futbolçunun “Real”dan ayrılmaq istədiyi iddia edilir. “NTVspor”un İspaniya mediasına istinadən xəbərinə görə, Arda “Barselona”ya transfer ola bilər. Xəbərdə Kataloniya nəhənginin "Real Madrid"ə keçməmişdən əvvəl Ardanı transfer etmək istədiyi xatırladılıb. Həmçinin, Luiş Fiqonun illər əvvəl “Barselona”dan “Real Madrid”ə keçidi qeyd edilərək, əzəli rəqiblər arasında transferin mümkünlüyü vurğulanıb. Arda Gülerin də belə bir seçim edərək tarix yaza biləcəyi bildirilib.
Xəbərə görə, bu transfer “Barselona”nı meydanda gücləndirməklə yanaşı, “Real”a da strateji zərbə vuracaq.
Arda "Barselona"ya transfer ola bilər - “Real”a strateji zərbə

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.