Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının son turu öncəsi paylaşım edib.
“Əl-Nəsr” mövsümün həlledici oyununda “Damak” ilə qarşılaşacaq. Matç 21 may tarixində keçiriləcək.
Komanda bu görüşdə qalib gələrsə, çempionluğu rəsmiləşdirə bilər.
Ronaldo şəxsi X hesabında qısa paylaşım edərək:
Bir oyun!— deyə yazıb.
Hazırda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 83 xalla başçılıq edir. İkinci pillədə qərarlaşan “Əl-Hilal”ın aktivində isə 81 xal var.
Bu mövsüm Kriştianu Ronaldo bütün turnirlərdə 36 matçda iştirak edib, 28 qol vurub və 5 məhsuldar ötürmə edib.

