Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunda Al-Nassr Al-Ahli üzərində 2:0 hesablı qələbə qazanıb.
Oyun Ər-Riyadda yerləşən “Al-Awwal Park” stadionunda baş tutub.
Matçın hesabını Cristiano Ronaldo 76-cı dəqiqədə açıb — ötürməni João Félix verib. İkinci qolu isə 90-cı dəqiqədə Kingsley Coman vurub, asist Ayman Yahya tərəfindən edilib.
Bu qələbədən sonra “Al-Nassr” 30 oyundan sonra 78 xalla turnir cədvəlinin lideridir. “Al-Ahli” isə 66 xalla üçüncü pillədə qərarlaşıb, arada isə 70 xalla Al-Hilal yer alır.
Qeyd edək ki, bu qol Cristiano Ronaldonun karyerasında 970-ci qol olub.

