Fransa Liqa 1 təmsilçisi “Renn”də çıxış edən, “Fənərbağça”nın sabiq futbolçusu Sebastian Şimanski karyerasında xüsusi yeri olan İstanbula bu dəfə həyatının ən vacib imzası üçün qayıdıb.
Polşalı futbolçu unudulmaz xatirələr yaşadığı İstanbulda sevgilisi Darianeyə evlilik təklifi edib.
Sürpriz təklifdən sonra cütlük xoşbəxt anlarını sosial şəbəkədə paylaşıb. Dariane İstanbul Boğazı mənzərəli fotoların altına “Hər şeyin başladığı yerə qayıtdıq, bu dəfə bir üzüklə...” sözlərini yazıb.

Paylaşım qısa müddətdə böyük maraq doğurub. “Fənərbağça” azarkeşləri də sabiq futbolçularını unutmayaraq cütlüyə çoxsaylı təbrik mesajları ünvanlayıblar.
Sarı-lacivərdli tərəfdarlar Şimanski və Darianeyə ömür boyu xoşbəxtlik arzulayıblar.

