Kanal D-nin “Daha 17” serialında “Şebnem” obrazını canlandıran Nesrin Cavadzadə həyat yoldaşı Kadir Taner Uçar ilə yeni paylaşım edib.
Nesrin Cavadzadə ötən ay Bodrumda keçirilən sadə mərasimlə Kadir Uçar ilə ailə qurub. Sakit və səssiz baş tutan bu evlilik məşhur aktrisanın pərəstişkarları üçün böyük sürpriz olub.
Nikahdan sonra Nesrin Cavadzadənin paylaşdığı fotolar diqqət çəkib. Aktrisanın əvvəlcə nikah məkanından boş stulların göründüyü kadrları, daha sonra isə həyat yoldaşı Kadir Uçar ilə arxadan çəkilmiş fotosunu paylaşması maraq doğurub.

Xoş xəbəri sosial media hesabından elan edən Cavadzadə nikah şəhadətnaməsi ilə verdiyi pozu ağ ürək emojisi ilə paylaşıb. Paylaşım qısa müddətdə böyük maraq görüb.
Cavadzadə həmçinin poodle cinsli iti Dolceni nikaha hazırladığı anlara aid fotonu da izləyiciləri ilə bölüşərək xoşbəxtliyini fərqli detallarla nümayiş etdirib.

Aktrisa bu dəfə həyat yoldaşı Kadir Taner Uçar ilə yeni foto paylaşıb. Paylaşımda onun Seda Sayanın “Zamanımı alma, beni al” sözlərini sitat gətirməsi diqqət çəkib. Foto izləyicilər tərəfindən çoxsaylı bəyənmə alıb.


