İran Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsində Misir yığmasına qarşı oyun zamanı LGBT-yə dəstək aksiyalarının keçirilməməsi xahişi ilə FİFA-ya müraciət edib. Bu barədə The Athletic məlumat yayıb.
Federasiyanın müraciətində İran və Misirin dərin mədəni və dini ortaq dəyərlərə malik iki müsəlman ölkəsi olduğu bildirilib. Qeyd olunub ki, hər iki federasiyanın mövqeyi xalqların bölüşdüyü dəyərləri və inancları əks etdirir.
İran tərəfi stadionda və ya oyun prosesi çərçivəsində bu hərəkatla bağlı heç bir mərasim və reklam tədbirinin keçirilməməli olduğunu bildirib. Bu mövqenin müvafiq kanallar vasitəsilə FİFA-ya çatdırıldığı qeyd edilib.
İranda FİFA-nın hər iki komandanın mövqeyini nəzərə alacağı və onların dəyərlərinə hörmət göstərəcəyi gözlənilir. Məlumata görə, Seattleda keçiriləcək “Pride Match” barədə qərar püşkatmadan əvvəl qəbul edilib. Daha sonra İran və Misirin bu oyunda iştirak edəcəyi müəyyənləşsə də, hər iki ölkənin futbol federasiyalarının müraciətləri rədd edilib.
FİFA isə tribunada göy qurşağı bayraqlarına icazə veriləcəyini təsdiqləyib.
İran — Misir oyunu 27 iyun saat 07:00-da Bakı vaxtı ilə başlayacaq.

