Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino bildirib ki, İran millisi 2026-cı il dünya çempionatında iştirak edəcək və qrup mərhələsi oyunlarını əvvəlcədən planlaşdırıldığı kimi ABŞ-da keçirəcək. Bu barədə AFP yazır.
“İran dünya çempionatında iştirak edəcək. Biz çox şadıq, çünki bu, çox güclü komandadır. Mən çox şadam. Komandanı görmüşəm, futbolçular və baş məşqçi ilə danışmışam, hər şey qaydasındadır. İranın oyunları püşkatmaya uyğun olaraq keçirilməli olduğu yerdə keçiriləcək”
Xatırladaq ki, daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac komandanın oyunlarının ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı danışıqlar aparıldığını bildirmişdi.

