Rusiyanın “Zenit”, “Arsenal” və milli komandasının sabiq futbolçusu Andrey Arşavin Portuqaliya millisində Kriştianu Ronaldonun rolunu tənqid edib.
“Sport-Ekspress”in məlumatına görə, Arşavin hesab edir ki, 41 yaşlı hücumçunun heyətdə olması 2026-cı il dünya çempionatında Portuqaliyaya faydadan çox zərər verir.
“Özünü nə qədər formada saxlasa da, artıq həmin mövqedə başqa futbolçunun verə biləcəyini verə bilmir. Böyük oyunçular turnirlərdə lazımdır, amma hər şey funksionallıqdan asılıdır”, — deyə Arşavin bildirib.
Onun fikrincə, Portuqaliya millisi 1/8 finalda İspaniyanı məğlub edə bilməyəcək.
Portuqaliya 1/16 finalda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Reuters-in məlumatına görə, Ronaldo həmin oyunda penaltidən qol vuraraq Portuqaliyanın turnirdə yoluna davam etməsinə kömək edib.
Ronaldo karyerasında altıncı dünya çempionatında çıxış edir. O, 2026-cı il mundialında Özbəkistanla oyunda da fərqlənərək altı fərqli dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Portuqaliya və İspaniya arasında 1/8 final matçı iyulun 6-da keçiriləcək. Görüş Moskva vaxtı ilə saat 22:00-da, Bakı vaxtı ilə isə 23:00-da başlayacaq. Reuters matçı iki komanda arasında yüksək gərginlikli duel kimi qiymətləndirib.

