Səudiyyə Ərəbistanının "Al-Nasr" klubunun və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo 2009-cu ildən bəri ilk dəfə bir təqvim ilini het-triksiz başa vurub.
İlin son oyununda Səudiyyə Ərəbistanı çempionatı çərçivəsində Al-İttifaqla qarşılaşmada 40 yaşlı forvard cəmi bir qol vurub.
Ümumilikdə, 2025-ci ildə Ronaldo "Al-Nasr" klubunun və Portuqaliya millisinin heyətində 41 qolla fərqlənib.
Cristiano Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixinin ən məhsuldar bombardiridir. O, rəsmi oyunlarda 900 qol həddinə çatan ilk futbolçudur. Portuqaliyalı ulduzun aktivində 5 Çempionlar Liqası titulu, 2016 Avropa çempionluğu və iki dəfə UEFA Millətlər Liqasının qalibi adı var.
Ronaldo həmçinin 2006–2022-ci illər arasında keçirilən beş dünya çempionatında ardıcıl qol vuran yeganə futbolçudur. Hazırkı seçmə mərhələ onun dünya çempionatlarının final mərhələsində yeddinci iştirakı olacaq. Portuqaliya millisi artıq turnirə vəsiqəni təmin edib.

