“Mançester Siti”nin hücumçusu Kevin de Brüyne Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə razılaşıb.
“Den.az” xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubu ilə “Əl-İttihad” arasında 33 yaşlı futbolçu ilə bağlı danışıqlar davam edir.
İyunun əvvəlində forvardın yay transfer pəncərəsində komandasını tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Kevin özü də karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirəcəyini istisna etməyib.
Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən “Siti”də çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt futbolçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.
O da Səudiyyə Ərəbistanı klubuna keçir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.