“Zirə” Misli Premyer Liqasının III turunun mərkəzi qarşılaşmasında “Neftçi”ni məğlub edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini bir qol həll edib. 45+3-cü dəqiqədə “Zirə”nin kapitanı Qismət Alıyev “Neftçi”nin qapısına yol taparaq komandasına qələbə qazandırıb.
Hər iki komanda mövsümün ilk iki qarşılaşmasından qələbə ilə ayrılmışdı. Bu nəticədən sonra “Zirə” xallarının sayını 9-a çatdıraraq turnir cədvəlinin vahid lideri olub.
“Neftçi” isə 6 xalla ikinci pillədə qalıb.

