Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatının qalibi olub.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, yarışın ilk günündə milli komandamızın üzvləri M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıblar.
100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.
Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

