Azərbaycanın gənclərdən ibarət yığması tarixdə ilk dəfə idman dırmanması üzrə dünya çempionatında iştirak edəcək.
Bu barədə Azərbaycan Alpinizm Federasiyası məlumat yayıb.
Yarışlar iyulun 18-dən 25-dək İtaliyanın Arko şəhərində yerləşən “Rock Master Climbing Stadium” arenasında keçiriləcək.
Gənclər arasında dünya çempionatı bu yaş qrupunda çıxış edən idmançılar üçün ən nüfuzlu beynəlxalq turnirlərdən biri hesab olunur.
Medallar U-17 və U-19 yaş kateqoriyalarında, bouldering, çətinlik üzrə dırmanma və sürət növlərində oynanılacaq.
Dünya çempionatında təxminən 60 ölkədən 650-yə yaxın idmançının iştirakı gözlənilir.

