Azərbaycanı təmsil edən cüdoçu Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatına inamlı qələbə ilə başlayıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşündə Çili təmsilçisi Fransisko Solislə üz-üzə gəlib.
Qamzatxanov qarşılaşmada üstün tərəf olub və rəqibini “ippon”la məğlub edərək görüşü vaxtından əvvəl başa vurub.
Bu qələbə sayəsində Azərbaycan təmsilçisi dünya çempionatında növbəti mərhələyə yüksəlib.
Camal Qamzatxanov növbəti görüşündə xorvatiyalı Mikita Svirydlə qarşılaşacaq.

