Bakıda keçirilən 17 yaşadək idmançılar arasında dünya çempionatında Azərbaycan yunan-Roma güləşçisi Orxan Qabibli bürünc medal qazanıb.
65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Hindistan təmsilçisi Kunal Daqarı məğlub edərək Azərbaycan millisinin aktivinə daha bir medal yazdırıb.
Bundan əvvəl 48 kiloqram çəki dərəcəsində çıxış edən digər Azərbaycan güləşçisi Ömər Salmanov da dünya çempionatının bürünc medalına sahib olub.

