Londonun “Çelsi” klubunun qapıçısı Emiliano Martines İngiltərə Premyer Liqasının VII turunda “Everton”la keçirilən matçda ağır zədə alıb.
Bu barədə argentinalı jurnalist Qaston Edul X sosial şəbəkəsində məlumat yayıb.
“Çelsi”nin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ikinci hissəsində Martines rəqib müdafiəçi Cerrad Brantueytlə toqquşaraq yerə yıxılıb.
Təxminən 10 dəqiqə tibbi yardım göstərilən qapıçı xərəkdə meydandan çıxarılaraq xəstəxanaya aparılıb.

Müayinə zamanı argentinalı futbolçunun çənə sümüyünün sındığı müəyyən edilib. Baş, boyun və bel nahiyəsində aparılan yoxlamalarda isə ciddi problem aşkarlanmayıb.
Son məlumata görə, Martines çənəsindən uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Emiliano Martines Argentina millisi ilə dünya çempionu olub və iki dəfə dünyanın ən yaxşı qapıçısı seçilib.

